İsrailin təhlükəsizlik sistemi "Ərin Əl-Usud" qarşısında diz çökür
https://azeri.sahartv.ir/news/fələstin-i394622-İsrailin_təhlükəsizlik_sistemi_Ərin_Əl_usud_qarşısında_diz_çökür
Fələstin Mücahidləri Briqadalarının sözçüsü Erin Əl-Usud və ya "Aslanlar Yuvası" müqavimət qruplaşmasının sionist rejimin təhlükəsizlik və hərbi sistemini darmadağın etdiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 01, 2022 09:28 Asia/Baku
  • İsrailin təhlükəsizlik sistemi

Fələstin Mücahidləri Briqadalarının sözçüsü Erin Əl-Usud və ya "Aslanlar Yuvası" müqavimət qruplaşmasının sionist rejimin təhlükəsizlik və hərbi sistemini darmadağın etdiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstinin hərbi qollarından biri olan Mücahidlər Briqadalarının sözçüsü Əbu Bilal "İran Press"-in Qəzzədəki müxbiri ilə söhbətində bildirib ki, Fələstinin İordan çayının qərb sahilinin müxtəlif bölgələrindəki müqavimət əməliyyatları sionist rejimi çaşdırıb.

Əbu Bilal, həmçinin Mücahidlər Briqadasının, Qüds Batalyonları, Ərin Əl-Əsud Batalyonları, Əl-Əqsa Briqadaları və digər Fələstin müqavimət qruplarının sionist rejimə qarşı hərbi əməliyyatlarını yüksək qiymətləndirib və deyib: "Sionistlərə qarşı hər cür müqavimət Fələstinlilərin öz torpaqlarını və Məscidül-Əqsanı müdafiə etmək, işğala son qoymaq üçün haqqıdır".

Bu günlərdə İordan çayının qərb sahilinin müxtəlif bölgələri İsrail rejiminin işğalına qarşı müqavimət mərkəzinə çevrilib.

Erin Əl-Usud və ya "Aslanlar Yuvası" qrupu İordan çayının qərb sahilində əsas müqavimət oxudur və gənclər birləşmiş müqavimətlə müxtəlif hərbi və təhlükəsizlik ölçülərində İsrail rejiminə meydan oxuyublar.