Müqavimət qrupları sionistlərin hücumlarına raketlə cavab veriblər
Müqavimət qrupları bu gün səhər saatlarında sionistlərin hücumlarına veriblər. Belə ki, onlar Qəzzə zolağının yaxınlığında yerləşən sionistsakinli qəsəbələrə və sionist rejimin hərbi bazalarına tərəf bir neçə raket atıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Müqavimət qruplarının bu raket cavabında Qəzzə zolağının cənubunda yerləşən sionistsakinli “Beni Netesrim” qəsəbəsi və “Sufa” adlı hərbi mərkəz hədəfə alınıb.
Müqavimətin raket cavabı, sionist rejim qırıcılarının bu gün səhər saatlarında Qəzzə zolağında müqavimət qüvvələrinə aid olan bir neçə mövqeyi bombalamalarından sonra verilibdir.
Sionist rejim ordusunun sözçüsü də bu rejim qırıcılarının Qəzzə zolağına qarşı hava hücumlarını təsdiq edib. Bildirib ki, bu zolaq sözügedən saatda hava zərbəsi hədəfinə çevrilib.
Həmçinin sionist rejim mənbələri şənbə günü gecə işğal altında olan Qəzzənin ətrafında yerləşən “Nahal Oz” qəsəbəsində həyəcan siqnalının səslənməsindən xəbər veriblər.
Bu mənbələr deyiblər ki, Qəzzədən işğal olunmuş ərazilərə tərəf iki raket atılıb.