Şeyx Əkrəmə Səbri: İslam ölkələri ayağa qalxmalıdır
Ətaullah Həna: Müsəlmanlar və xristianlar vahid qalacaqlar
Məscidül-Əqsanın xətibi və işğal olunmuş Qüdsdə Ali İslam Qurumunun rəhbəri sionistlərin Məscidül-Əqsaya hücumunu pisləyib və İslam ölkələrini bu müqəddəs məscidi himayə etməyə çağırıb.
Ötən gecə və bu gün səhər saatlarında sionist hərbçilər Məscidül-Əqsada etikafda olanlara hücum ediblər və onları döyərək, bir neçəsini yaralayıb və ya həbs ediblər.
Fələstin Əl-Youm kanalının məlumatına görə, Məscidül-Əqsanın xətibi və Qüds Ali İslam Qurumunun rəhbəri Şeyx Əkrəmə Səbri deyib: "Məscidül-Əqsa hadisələri və etikafda olanların həbsi və sionistlər tərəfindən repressiyaya məruz qalması iyrənc cinayət və beynəlxalq müqavilələrin və ibadət azadlığının pozulmasıdır".
Məscidül-Əqsa xətibi Məscidül-Əqsanı qorumaq üçün hər kəsin məsuliyyət daşıdığını vurğulayaraq, deyib: "İslam ölkələri bu müqəddəs məscidə dəstək olmaq üçün ayağa qalxmalıdırlar, çünki Məscidül-Əqsa təkcə Fələstinə aid deyil və onu müdafiəsi əqidənin müdafiəsidir".
İşğal olunmuş Qüdsdə Ortodoks kilsəsinin arxiyepiskopu Ətaullah Həna isə bu haqda deyib: "Məscidül-Əqsada baş verənlərlə bağlı müsəlman qardaşlarımızla həmrəy olduğumuzu bildirirk. Məscidül-Əqsada müsəlmanlara edilən hücum, xristianlara da hücumdur. Fələstinlilər, istər müsəlman, istərsə də xristian Qüdsün bizim olaraq, qalacağını vurğulayırlar".