Qəzzə şəhidlərinin sayı artıb
Qəzzə zolağında yerləşən Fələstin Səhiyyə Nazirliyi bildirib ki, sionist rejimin bu zolağa qarşı vəhşicəsinə hücumları nəticəsində indiyədək altısı uşaq, üçü isə qadın olmaqla otuz nəfər şəhid olub, doxsan üç nəfər də yaralanıbdır.
Sionist rejim qırıcılarının Qəzzədəki bölgələrə qarşı hücumlarının davam etməsi, müqavimət döyüşçülərinin raket cavabı ilə müşayiət olunub. Medialar işğal olunmuş Fələstinin mərkəzində yerləşən Təl-Əvivdə və Qəzzə ətrafındakı sionistsakinli qəsəbələrdə həyəcan siqnallarının eşidilməsindən xəbər veriblər.
Qüdsü işğal etmiş İsrail rejimi ordusunun radiosu da diplomatik mənbələrə istinadla/ atəşkəsin bərqərarına dair bütün təmasların dayandırıldığını bildirib. Sionist rejim ordusu məlumat verib ki, döyüşlərin əvvəlindən bəri Qəzzədən səkkiz yüzdən çox raket atılıb.
Digər tərəfdən, Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonlarının sözçüsü sionistlərə xəbərdarlıq edibdir ki: Müqavimət yolu heç bir terror əməliyyatı ilə dayanmayacaq və azadələrin intiqamı əməliyyatı çərçivəsində sionist düşmənlə mübarizəyə əzmkarıq.
Müqavimət döyüşçüləri döyüşlərin davam edəcəyi zamanadək alovun miqyasını genişləndirməyə hazırdırlar- deyə, Əbu-Həmzə vurğulayıb.