Netanyahuya qarşı aksiyalar davam edir
İşğal olunmuş ərazilərin sakinləri ardıcıl on doqquzuncu həftə olaraq, şənbə günü sionist rejimin baş naziri Benyamin Netanyahuya və onun məhkəmə islahatları planına qarşı aksiyalar keçiriblər.
SəhərAzəri-nin məlumatına görə, Qeyd edək ki, sionist rejim qırıcılarının Qəzza zolağına qarşı hücumları və müqavimət qruplarının bu hücumlara raket cavabından sonra şənbəgünkü aksiyaların keçirilməyəcəyi bildirilmişdi, lakin işğal olunmuş ərazilərdəki müxtəlif şəhərlər yenə də Netanyahuya qarşı nümayişlərin keçirilməsinin şahidi oldular.
Netanyahunun məhkəmə islahatı planına qarşı davam edən etirazlar onu bu planı müvəqqəti olaraq dayandırmağa məcbur etdi.
Netanyahu kabinetinin “məhkəmə qanunvericiliyinə düzəliş” adlı planında məhkəmə aparatının səlahiyyətlərinin azaldılması qarşılığında icra və qanunvericilik orqanlarının bu rejimdəki mövqeyinin gücləndirilməsi nəzərdə tutulur.