Qəzzədə tibb işçi heyətinin 200 personalı müharibə qurbanı olub
Fələstinin Səhiyyə Nazirliyi Qəzzə zolağında sionistlərin təcavüzündən bəri 202 tibbi personalın şəhid edildiyini bildirib.
Məlumata görə, Qəzzənin Səhiyyə Mərkəzi bildirib ki, sionist rejimin Qəzzəyə hücumları nəticəsində 36 mülki müdafiə heyəti və 200-dən çox tibb işçisi yaralanıb.Fələstin Səhiyyə Nazirliyi isə elan edib ki, Qəzzədə 35 səhiyyə mərkəzindən 25 xəstəxana və tibb mərkəzi bombardman hücumları və yanacaq çatışmazlığı səbəbindən bağlanıb.Bu hesabata görə, 1750-si uşaq olmaqla 3600 mülki şəxs hələ də sionist rejimin bombardmanının dağıntıları altında itkin düşüb.Bundan əlavə, Sionist rejim fələstinlilərə qarşı törətdiyi son cinayətdə Qəzzə zolağının mərkəzindəki Həyyul Səbrəni hədəfə almış və nəticədə 50 fələstinlinin şəhid olduğu, onlarla insanın isə yaralandığı bildirilib Verilmiş məlumatlarada "Əş-Şifa" xəstəxanasının dəfələrlə bombardman edilməsi, elektrik enerjisinin kəsilməsi, yanacaq təchizatının qarşısının alınması və şəhidlərin cənazələrinin oradan çıxarılması bütün bunlar Qəzzədə baş verən insan facisəinin yalnız bir hissəsi olduğu deyilir.Qeyd edək ki, qatil sionist rejimin Qəzzəyə vəhşicəsinə etdiyi hücumlar nəticəsində fələstinli şəhidlərin sayının 12 min, yaralıların sayı isə 29 mindən çox olduğu bildirilir