Mart 18, 2021 13:44 Asia/Baku
  • Qəzzənin şimalında sionistlərin bir casusluq PUA-sı vurulub

Fələstinli mənbələr sionist rejim ordusunun bir casusluq PUA-nın Qəzzənin şimalında vurulmasından xəbər veriblər.

SəhərAzəri xəbər verir ki, Fələstin müqavimət qüvvələri dünən gecə sionist rejim ordusuna aid olan bir pilotsuz uçuş aparatını Qəzzənin hava məkanına daxil olduqdan sonra məhv ediblər.

Sionist rejim ordusu bu PUA-lardan daha çox Qəzzədəki Fələstin müqavimət qüvvələri və onların bu bölgədəki hərəkətləri barədə məlumat toplamaq üçün istifadə edir.

Fevral ayında da Fələstin müqavimət qüvvələri on beş gün ərzində sionist rejimin dörd pilotsuz uçuş aparatını Qəzzədə vurmağa müvəffəq olmuşdular.

Sionist rejimin PUA-ları, qırıcı və vertolyotları, həmçinin artilleriyası son aylar ərzində dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.

Teqlər