Fələstinin başçısı Almaniyada hospitala yerləşdirilib
https://azeri.sahartv.ir/news/fələstin-i375401-fələstinin_başçısı_almaniyada_hospitala_yerləşdirilib
Fələstinin dövlət başçısı Mahmud Abbas tibbi müayinədən keçmək üçün Almaniyada hospitala yerləşdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 06, 2021 09:50 Asia/Baku
  • Fələstinin başçısı Almaniyada hospitala yerləşdirilib

Fələstinin dövlət başçısı Mahmud Abbas tibbi müayinədən keçmək üçün Almaniyada hospitala yerləşdirilib.

SəhərAzəri xəbər verir ki, məlumatı “Newsru.co” yayıb.

Mahmud Abbas Ramallahdan Əmmana helikopterlə gətirilmişdi. Oradan isə Almaniyaya aparılıb. 85 yaşlı dövlət başçısının xəstəliyi məlum deyil. Mahmud Abbas çoxlu siqaret çəkir. O, 2018-ci ildə pnevmoniyanın ağır forması ilə hospitala yerləşdirilmişdi.