Ənsarullah: “Fələstin ümmətin əsl kompasıdır”
Yəmənin Ənsarullah hərəkatının siyasi ofisi İsrail rejiminin işğal altındakı Qüdsdə və Əl-Əqsa məscidində ibadət edənlərə etdiyi hücumlarını qınayıb.
SəhərAzəri:Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Ənsarullah hərəkatı, Yəmənin Fələstin xalqına dəstək verdiyini bir daha vurğulayaraq, belə qeyd edib: “Sionist rejimin Ramazan ayında və son bir neçə gündə onlarla fələstinlinin yaralanması və həbsi ilə nəticələnən cinayətlərini və hücumlarını qətiyyətlə pisləyirik”.
Yəmənin hər zaman məzlum Fələstin xalqının yanında olduğunu bildirən Ənsarullah hərəkatı, bunları qeyd edib: “Yəmənlilər müqavimət hərəkatlarının döyüşçüləri və sionistlərin cinayət və təkəbbürünə qarşı duran mücahidlərin yanında dururlar.
Sionistlər bunu bilməlidirlər ki, biz bir ümmətik və bir mövqeyimiz var. Fələstin və Qüds İslam ümmətinin prioritetidir və Ərəb və İslam ümmətinin əsl kompasıdır”.