May 13, 2021 19:38 Asia/Baku
  • İndiyədək Qəzzədən 1500-dən çox raket atılıb

Sionist rejim ordusu bildirib ki, Qəzzə zolağındakı müqavimət qrupları ilə üç gün döyüş zamanı işğal olunmuş ərazilərə tərəf min beş yüz ədəddən çox raket atılıb.

SəhərAzəri-nin məlumatına əsasən,Müqavimətin Qəzzədəki mövqelərinə qarşı hücumların artmasından xəbər verən sionist rejim ordusu təxmin edib ki, son üç gündə müqavimət qrupları tərəfindən Qəzzə zolağından atılan raketlərin sayı min beş yüz ədəddən çox olub.

Uşaqöldürən İsrail rejiminin ordusu tərəfindən yayılan bəyanatda iddia olunub ki, bu rejimin artilleriyası, vertolyot və qırıcıları ötən üç gündə Qəzzə zolağındakı altı yüzdən çox mövqeni hədəfə alıblar.

Sionist rejim habelə iddia edibdir ki, bu hədəflər İslami Cihad və Həmas müqavimət hərəkatlarına aid olubdur.

«Tayms İsrail» vebsaytının yazdığına görə, bu rejim ordusu etiraf edibdir ki, indiyədək həmin əməliyyatlarda azı beş sionist öldürülüb, yüzdən çox sionist də yaralanıbdır.

Təl-Əviv etiraf edib ki, qabiliyyətləri haqda dəfələrlə cəfəngiyyat söylədiyi bu rejimin hava hücumundan müdafiə sistemləri həmin min ədəd raketin təkcə cüzi bir hissəsinin izinə düşə biliblər və həmin raketlərin yerdə qalan hissəsi işğal olunmuş ərazilərə düşübdür.

Təl-Əviv Qəzzənin ətrafında «Dəmir qübbə» də daxil olmaqla daha çox raket müdafiə sisteminin yerləşdirilməsi və sionist rejim ordusunun cənub bölməsi komandanlığının mövqelərinin gücləndirilməsindən xəbər verib.

Teqlər