Fələstin müqaviməti sionistsakinli qəsəbələrə yeni raket hücumları keçirib
Qəzzə zolağında yerləşən Fələstin müqaviməti sionist rejimin hücum və cinayətlərinə cavab olaraq dünən gecə sionistsakinli Əsqəlan və Sedirot qəsəbələrinə raket yağışı yağdırıb.
SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın hərbi qolu olan Şəhid İzzəddin Əlqəssam batalyonları Sedirot sionistsakinli qəsəbəyə tərəf onlarla ədəd raket atıblar.
Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Əl-Qüds batalyonları da Əsqəlan sionistsakinli qəsəbəni raket hücumu hədəfinə alıblar.
Fələstin müqaviməti dünən səhərdən axşamadək- on iki saat ərzində sionistsakinli qəsəbələrə azı yüz doxsan ədəd raket atıb.
Fələstin müqavimət qrupları bundan öncə vurğulamışdılar ki, müqavimət sionist rejimin hücumlarına birbaşa şəkildə cavab verəcək və cavab verməkdə ləngiməyəcək.