Sionistlərin Qərb sahilinə hücumunda 386 fələstinli yaralanıb
Fələstinin Qızıl Aypara Cəmiyyəti cümə günü sionistlərin İordan çayının qərb sahilində yerləşən Nablus şəhərindəki "Beyta" və "Beyt Dəcən" qəsəbəsində fələstinli aksiyaçılara hücum etməsi nəticəsində ən azı 386 fələstinlinin xəsarət aldığını bildirib.
SəhərAzəri-nin məlumatına görə, Fələstinin Qızıl Aypara Cəmiyyəti, sionist hərbçilərin gözyaşardıcı qaz və metal güllələrdən istifadə edərək, fələstinliləri dağıtmağa çalışdığını bildirib.
Cümə günü İordan çayının qərb sahilində yerləşən Nablus şəhərindəki "Beyta" və "Beyt Dəcən" qəsəbələri, sionist hərbçilərin və qəsəbə sakinlərinin "bayraq yürüşü" əsnasında əziz İslam Peyğəmbərinə (s) qarşı hörmətsizliklərinə etiraz olaraq, fələstinlilərin aksiyalarına səhnə olubdur.
Həmçinin, sionist rejim hərbçiləri cümə günü günorta saatlarında Əl-Əqsa Məscidində fələstinli ibadət edənlərə hücum edərək onlarla fələstinlini yaralayıb və ya saxlayıblar.
Əl-Əqsa məscidi Qüdsün İslam və Xristian kimliyini məhv etmək və onu sionizmin simvolları ilə əvəz etmək üçün sionist hərbçilərin və qəsəbə sakinlərinin cövlangahına çevrilib.
Sionist rejimin Qüds və Əl-Əqsa məscidinə qarşı hegemonçu hərəkətləri elə bir haldadır ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı UNESKO 2016-cı ildə bir qətnamə qəbul edərək, yəhudilərin Qüdsdəki müqəddəs məkanlarla və xüsusilə də Əl-Əqsa məscidi ilə hər hansı bir tarixi, dini və ya mədəni əlaqələrinin olduğunu rədd edib və bu məscidi müsəlmanların müqəddəs məkanlarından hesab edib.
Müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidini özündə yerləşdirən Qüds şəhəri Fələstinin ayrılmaz hissəsi və İslamın ən mühüm üç müqəddəs məkanlarından biridir.