İyun 22, 2021 20:23 Asia/Baku
  • M.Abbas
    M.Abbas

Fələstin muxtariyyətinin başçısı fələstinli qrupları daxili ikitirəliyə son qoymaq üçün təcili və ciddi dialoqa çağırıb.

Mahmud Abbas Ramullah şəhərində Fəth hərəkatının İnqilab Şurasının iclasının açılışında fitnələrlə mübarizə üçün milli birlik zərurətinə təkid edib.

Abbas deyibdir ki, möhkəm milli birliyin olması ilə daxili cəbhəyə qarşı bütün fitnələri zərərsizləşdirəcək və Fələstin xalqının yeganə qanuni nümayəndəsi kimi Fələstin Azadlıq Təşkilatına dəstək verəcəyik.

Fələstin milli barışığının reallaşması üzrə səylərin davam etməsimnə təkid edən Mahmud Abbas İslami Cihad Hərəkatı, Fələstin Azadlıq Təşkilatına üzv qruplar, Həmas və Fəth hərəkatlarından istəyibdir ki, ikitirəliklərə son qoymaq üçün dərhal sıx və ciddi dialoqa üz tutsunlar.

Abbas Fələstin xalqına və onun amalına qarşı problem və təhlükələrlə mübarizə üçün bütün səviyyələrdə milli iştirakın vacibliyinə təkid edib və deyibdir ki, biz Qəzzə zolağının bərpası üçün dünya ictimaiyyəti və qardaş ölkələr, o sıradan Misir, İordaniya və Qətərdəki qardaşlarımızla daimi təmasdayıq.

«Biz dəfələrlə demişik və yenə də deyirik ki, Fələstin hökuməti Qəzzə zolağının bərpası üçün qanuni ünvandır», deyə Mahmud Abbas bildirib.

 

Teqlər