Sionist rejim məhbəslərində 31 fələstinli qadın əsirlikdədir
https://azeri.sahartv.ir/news/fələstin-i387157-sionist_rejim_məhbəslərində_31_fələstinli_qadın_əsirlikdədir
Fələstinli Əsirlərin İşləri Komitəsi sionist rejim məhbəslərində on biri ana olmaqla 31 fələstinli qadının əsirlikdə olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 21, 2022 15:11 Asia/Baku
  • Sionist rejim məhbəslərində 31 fələstinli qadın əsirlikdədir

Fələstinli Əsirlərin İşləri Komitəsi sionist rejim məhbəslərində on biri ana olmaqla 31 fələstinli qadının əsirlikdə olduğunu bildirib.

Fələstinli Əsirlərin İşləri Komitəsi bu gün bir bəyanatda sonra bildirib ki, sionist rejim başçıları bir düşmənçilik hərəkətində övladları və uşaqlarına həbsdə olan anaları ilə görüşmək icazəsi vermirlər. Bu hərəkət bütün insan hüquqları prinsiplərilə təzad təşkil edir.

Komitə vurğulayıbdır ki, sionist rejim məhbəslərində həbsdə olan fələstinli qadınlar bu rejim hərbçiləri tərəfindən işgəncələrə məruz edilirlər.

Fələstinli Əsirlər Klubu bundan öncə bildirmişdi ki, fələstinli əsir qadınlar bəzən sionist rejimin zindan işçiləri tərəfindən əzab-əziyyətlər və işgəncələrə məruz edilirlər.

Bir çox hallarda sionist rejim məmurları bu qadınları səhərin ilk saatlarında və uşaqları yanlarında yuxuda olarkən həbs edir və onların arasında təşvişin yaranmasına bais olurlar.

Sionist rejim məhbəslərində dörd min 800 minə yaxın fələstinli əsir saxlanılır. Onların arasında 170 uşaq, qırx qadın və onlarla yaşlı şəxs nəzərə çarpır.

SİONİST REJİM MƏHBƏSLƏRİNDƏ 31 FƏLƏSTİNLİ QADIN ƏSİRDİR