İran Fələstinin yeganə və əsl himayədarıdır
İslami Cihad Hərəkatının baş katibi ərəb rejimlərinin Fələstin məsələsi və xalqına qarşı xəyanətlərinə işarə ilə vurğulayıb ki, İran Fələstinin yeganə və əsl himayədarıdır.
SəhərAzəri-nin məlumatına əsasən, fələstinli qruplar, o sıradan Həmas hərəkatı məzlum Fələstin xalqına yardımlarına görə indiyədək dəfələrlə İran İslam Respublikası və Livan Hizbullahına təşəkkür ediblər.
İslami Cihad Hərəkatının baş katibi Ziyad Əlnəxalə deyib: Ərəb ölkələrinin Fələstin məsələsinə arxa çevirdikləri indiki şəraitdə, həmçinin ədalətdən savayı hər nəyin tapıldığı bu dünyada İran İslam Respublikası Fələstin xalqının kənarında dayanıb və onu himayə etməkdə davam edir.
Əlnəxalə həmçinin bəzi ərəb ölkələrinin sionist rejimlə münasibətlərini adiləşdirmələri haqda deyib: Zehin, bütün ərəb sisteminin sionist plan qarşısında dağılması barədə baş vermiş məsələni izah və şərh etməyə qadir deyil.
İslami Cihad Hərəkatının baş katibi vurğulayıb: Ərəb rejimləri görürlər ki, mühasirə altında olan Fələstin xalqı düşmən qarşısında müqavimət edə və onunla vuruşa bilir.