Apr 16, 2022 12:26 Asia/Baku

Fələstin İslami Cihad Hərəkatının üzvlərindən biri deyib: "Sionist düşmən işğal altındakı Qüdsə hücumu dayandırmasa, şiddətli döyüş gözləməlidir".

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin İslami Cihad Media Ofisinin rəhbəri Davud Şahab sionist rejimin düşmənçilik hərəkətlərinə toxunaraq, vurğulayıb ki, saxta sionist İsrail rejimi ilə münasibətləri normallaşdırmaq Fələstin, Qüds və Məscidül-Əqsa məsələsinə xəyanətdir və bu rejimlə münasibətlərini normallaşdıran və ya münasibətlərini açıq şəkildə göstərən ölkələr sionist rejimin təcavüzləri və cinayətlərinə şərikdirlər.

O, əlavə edib: "Ötən cümə günü baş verənlər təcavüzkar yəhudilərin Məscidül-Əqsanı ələ keçirmək üçün hazırladıqları planın bir hissəsi idi, lakin fələstinli namazqılanlar öz sabitliyi və qəhrəmanlıqları ilə bu fitnəni alt-üst etdilər". 

Fələstin İslami Cihad Media Ofisinin rəhbəri azad xalqları ayağa qalxmağa və hökmdarlarının müsəlmanların ən qatı düşməni ilə münasibətlərini normallaşmasına qarşı çıxmağa çağırıb. 

Şahab İran İslam Respublikasının sabit mövqeyinə toxunaraq deyib: "Əlbəttə, bizim yanımızda olan və bizi dəstəkləyən ölkələr və hökumətlər var. Bu ölkələrdən birincisi İran İslam Respublikasıdır. İran indiyə qədər Fələstin müqavimətinə və amalına hər cür yardım və dəstək verməklə Fələstin mübarizəsini cəsarətlə müdafiə edir".

Teqlər