İslami Cihad:
Silahlı müqavimət Fələstini azad etməyin yeganə yoludur
Fələstin İslami Cihad Müqaviməti silahlı müqaviməti işğal olunmuş Fələstin torpaqlarını və onun müqəddəs yerlərini azad etməyin yeganə və doğru yolu adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, işğal olunmuş ərazilər, xüsusilə İordan çayının qərb sahili xüsusi vəziyyətdədir və fələstinli döyüşçülər sionistlərin saysız-hesabsız cinayətlərinə hər vasitə ilə cavab verirlər və bu, qəsbkar sionistlərin dərin narahatlığına səbəb olub.
Fələstin İslami Cihad Hərəkatı bir bəyanat yayaraq, bütün fələstinliləri hüquqların bərpası və düşmənin planlarına qarşı durmaq üçün strateji variant kimi silahlı müqavimətə əsaslanan vahid milli proqram üzərində işləməyə çağırıb.
Hərəkat verdiyi bəyanatda, İordan çayının qərb sahilində və işğal olunmuş ərazilərdəki səbirli xalqı Məscidül-Əqsaya getməyə və sionist qrupların basqınlarına və sistematik yəhudiləşdirmə cəhdlərinə qarşı durmağa çağırıb.
Bəyanat, ötən qarşıdurmalarda, o cümlədən "meydanların birliyi" döyüşü, ondan əvvəl isə "Qüds qılıncı" döyüşündə əldə edilən nailiyyətlərə toxunaraq, vurğulanıb: "Bu döyüşlər sübut etdi ki, Fələstin xalqının birliyinə, möhkəmliyinə, müqavimətinə və düşmənlə, təmas xəttlərində, sionist yaşayış məntəqələrində və Məscidül-Əqsanın giriş qapılarında düşmənlə qarşıdurmanın şiddətlənməsinə arxalanmaq olar.
Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, indi isə Fələstinin şərqində İordan çayının qərb sahili gənclərinin silahlanması səbəbindən qorxaq sionistlərin pusqusuna çevrilib və rahat yoxunu onlardan alıb.
İslami Cihad Hərəkatı işğalçı qurumla normallaşma bataqlığına düşməyi Fələstin məsələsi və Fələstin xalqının hüquqlarına xain bir zərbə hesab edərək, ərəb xalqlarını Fələstin xalqına və onların haqlı işinə qarşı bu sui-qəsd qarşısında oyanmağa çağırıb.
Dörd ərəb ölkəsi olan BƏƏ, Bəhreyn, Sudan və Məğrib ABŞ-ın təzyiqi və vasitəçiliyi ilə və sionist rejimin fələstinlilərə qarşı törətdiyi cinayətlərə məhəl qoymadan, 2020-ci ildə sionist rejimlə münasibətlərini normallaşdırıblar. Bu hərəkət ərəb və islam ölkələrində etiraz dalğası ilə qarşılanıb.