Noy 01, 2022 08:43 Asia/Baku
  • Sionist rejim polisi fələstinlilərin əməliyyatları qorxusundan dəhşət içindədir

Sionist rejim polisi fələstinlilərin müqavimət əməliyyatları qorxusundan işğal olunmuş ərazilərin bütün sakinlərindən rəsmi şəkildə Knesset seçkiləri günü özləri ilə silah gəzdirmələrini istəyib.

SəhərAzəri-nin məlumatına əsasən, İvrit dilli mənbələr Şərqi Qüds və Ərihada iki anti-sionist əməliyyatı zamanı bir neçə sionist qəsəbə sakininin yaralandığını bildiriblər.  

"Səfa" xəbər agentliyinin məlumatına görə, sionistlərə qarşı şəhadətsevərlik əməliyyatlarının artması fonunda sionist rejimin təhlükəsizlik xidmətləri Knesset seçkiləri günü fələstinlilərin müqavimət əməliyyatları ilə bağlı xəbərdarlıq ediblər.

Knesset seçkiləri günü şəhadətsevərlik əməliyyatları ehtimalından hədsiz dərəcədə qorxan İsrail polisi sionist qəsəbə sakinlərindən özləri ilə silah gəzdirmələrini istəyib.

Məlumata əsasən, 2022-ci ilin əvvəlindən bu yana Fələstin əməliyyatlarında 25 sionist hərbçisi və qəsəbə sakini öldürülüb ki, bu da 2015-ci ildə soyuq silahla hücum intifazəsindən sonra bir il ərzində öldürülən ən yüksək sionist sayıdır.

Son həftələrdə İordan çayının qərb sahilində fələstinlilərin müqavimət əməliyyatları əhəmiyyətli dərəcədə artıb. Cenin və Nablus şəhərləri Fələstinin sionist işğalçılarına qarşı silahlı əməliyyatlarının mərkəzinə çevrilib.

Teqlər