Noy 29, 2022 17:46 Asia/Baku
  • Əl-Xəlildə üç fələstinli qanına qəltan olub

Sionist İsrail qüvvələrinin əl-Xəlilə hücumunda üç fələstinli şəhid olub, yaralananlar var.

sionist rejim qüvvələri ötən gecə əl-Xəlilin şimalında yerləşən Beyt-Əmr qəsəbəsinə hücum edib və günahsız əhalini gülləbaran edib. Burada azı 3 fələstinli güllə yarasından şəhid olub və 10 nəfər yaralanıb.

Məlumatda bildirilir ki, işğalçı qüvvələr İordan çayının qərb sahilində əl-Xəlil rayonunun Beyt-Əmr qəsəbəsinə basqın zamanı fələstinli mübarizlərin müqaviməti ilə üzləşib.

Qeyd edək ki, əl-Xəlilin də yerləşdiyi İordan çayının qərb sahili 1967-ci ildən İsrailin işğalındadır.

 

Teqlər