HƏMAS: Fələstin bayrağının qaldırılmasının qarşısının alınması cinayətdir
Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın sözçüsü deyib: "Sionist rejimin daxili təhlükəsizlik nazirinin Fələstin bayrağının ictimai yerlərdə qaldırılmasının qarşısını almaq tələbi cinayət və irqçi davranışdır".
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Qvir sionist hərbçilərə işğal olunmuş ərazilərdə ictimai yerlərdə Fələstin bayrağının qaldırılmasının qarşısını almaq .mri verib.
Ben Qvirin bu qərarı ötən həftənin sonunda Ara qəsəbəsində əsir Kərim Yunsisin azad edilməsi üçün fələstinlilərin qeyd etmələri zamanı Fələstin bayrağının qaldırılmasından sonra verilib.
HƏMAS sözçüsü Əbdül-Lətif əl-Qanu deyib: "Sionist düşmənin Fələstin milli kimliyinin simvollarını məhv etmək üçün əvvəlki bütün hərəkətləri kimi , bu cəhd də uğursuz olacaq".
Əl-Qanu Fələstin bayrağının vətənin bütün meydanlarında dalğalanaraq, Fələstin xalqının varlığının və tarixi torpaqlarına bağlılığının simvolu, eləcə də bu xalqın işğalçı və cinayətkar sionist düşmən qarşısında mübarizədə milli kimliyi və birliyinin şahidi olaraq, qalacağını vurğulayıb.
Öz növbəsində, "Fələstin İslami Cihad" hərəkatının sözçüsü Davud Şəhab isə deyib: "İsrail işğalçı bir rejimdir və bunun ən güclü sübutu onun mövcudluğunun qanuniliyini sübuta yetirmək üçün dəlil axtarışı ilə yaşamağa davam etməsidir".
O, əlavə edib: "Fələstin xalqı vəhşi işğalçının siyasətlərinə boyun əyməyəcək, işğalçı hökumət və polisin həyata keçirdiyi repressiya və hədə-qorxu tədbirlərinə təslim olmayacaq".
Ben Qvir bazar günü fələstinli məhbuslara daha çox təzyiq göstərmək üçün Knesset (sionist rejim parlamenti) üzvlərinin onlarla görüşünü ləğv edib.
Ben Qvirin sionist rejimin baş naziri Benyamin Netanyahunun kabinetində olması işğal olunmuş ərazilərdə və bölgədə gərginliyi artırıb.