Yan 26, 2023 13:26 Asia/Baku
  • Son 24 saat ərzində sionistlərə qarşı 25 müqavimət əməliyyatı həyata keçirilib

Fələstin mənbələrinin bildirdiyinə görə, Fələstin müqavimət qüvvələri son 24 saat ərzində İordan çayının qərb sahilində və işğal altında olan Qüdsdə sionistlərə qarşı 25 əməliyyat həyata keçiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Fələstin müqavimət qüvvələri Əl-Süəfat düşərgəsinin yaxınlığında, işğal altındakı Qüdsdə, Ramallah, Cenin, Nablus, Sələfit, İordan çayının qərb sahilindəki Tulkərm və Əl-Xəlil bölgələrində sionist əsgərlərin mövqelərini atəşə tutublar və onları partlayıcı qurğularla hədəfə alıblar.

Məlumata əsasən, bu əməliyyatlar nəticəsində 2 ionist hərbçi yaralanıb. 

Fələstin müqavimət qrupları Əl-Xəlilin şimalında yerləşən Əl-Ərub düşərgəsinin girişində sionist rejimin müşahidə qülləsini hədəfə alıblar.

Onlar Cenindəki Cəlmə və Dotan nəzarət-buraxılış məntəqələrinə partlayıcı qurğular atıblar. 

Bu günlərdə, xüsusilə İordan çayının qərb sahilində işğal olunmuş ərazilərin şəraiti çox xüsusidir və fələstinli döyüşçülər hər vasitə ilə sionistlərin saysız-hesabsız cinayətlərinə cavab verirlər və bu, qəsbkar sionistlər üçün xüsusi şərait yaradıb.

Bundan əvvəl sionistlər yalnız işğal olunmuş ərazilərin cənubunda və Qəzzə bölgəsində fələstinlilərlə vuruşurdular, amma indi Fələstinin şərqindəki İordan çayının qərb sahili gənclərin silahlanması səbəbindən orxaq sionistlərin pusqusuna çevrilib və rahat yuxunu onların gözlərindən alıb. 

Teqlər