Fev 11, 2023 19:50 Asia/Baku
  • Bakı işğal olunmuş Qüdsü şərqi yerusəlim adlandırdı

Qarabağın Arsax adlandırılmasına etiraz edən Bakı işğal olunmuş Qüdsün adını təhrif edərək şərqi yerusəlim adlandırıb.

Azərbaycan Respublikası XİN-in özünün rəsmi tviter hesabında paylaşım edib. Paylaşımda dünən işğal olunmuş Qüdsdə bir fələstinlinin şəhadətsevər əməliyyatı nəticəsində bir neçə sionistin ölümünə görə işğalçı rejimə başsağlığı verilib.

Başsağlığı tvitində şərqi Qüds şərqi yerusəlim, işğalçıya qarşı yerli fələstinlilərin şəhadətsevər əməliyyatı isə terror adlandırılıb:

"Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq”, - paylaşımda qeyd olunub.

1967-ci il Ərəb-İsrail müharibəsindən bəri Şərqi Qüds beynəlxalq ictimaiyyət tərəfindən işğal edilmiş ərazi hesab olunur. BMT qətnamələri də sionist İsrail rejiminin bu əraziləri işğal etdiyini və bu işğala son qoymalı olduğunu vurğulayır.

Qeyd edək ki, işğal olunmuş Qüdsdə işğalçılara qarşı dünən həyata keçirilən şəhadətsevər əməliyyatda 2 sionistin öldüyü 7-sinin yaralandığı bildirilir.

Fələstin xalqı öz torpaqlarının sionistlər tərəfindən işğalına qarşı müxtəlif yollarla müqavimət göstərir. Müqavimət metodlarından biri də, şəhadətsevər əməliyyatlardır.

 

Teqlər