Fev 23, 2023 15:34 Asia/Baku
  • On fələstinli şəhidin cənazəsi müşayiət edilib

İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində on fələstinlinin cənazəsi müşayiət olunub.

Bu mərasimlə paralel surətdə, sionistlərin cinayətlərini pisləyən/ Fələstin müqavimət cəbhəsindən olan qruplar/ ümumi etiraz və aksiyaların keçirilməsi barədə çağırışlar ediblər.

Nablus Batalyonu, Ərin Əl-Əsud, Mukəəb Əl-Şühəda adlı müqavimət qrupları minlərlə fələstinli ilə yanaşı olaraq Nablus şəhərində keçirilən mərasimdə iştirak ediblər.

Belə bir halda, Ramullah şəhərinin Əlminarə meydanında sionistlərin Nablusda törətdikləri cinayətləri pisləyən geniş aksiya keçirilib.

Həmçinin fələstinli qruplar işğal olunmuş Qüdsdə və qərb sahilində qəsbkar hərbçilərlə təmas nöqtələrində etiraz və ümumi tətillərin keçirilməsi üzrə çağırışlar ediblər.

Dünən səhər işğalçı sionist rejim hərbçilərinin Nablusa təcavüzündə on fələstinli şəhid olub.

 

Teqlər