Apr 04, 2023 18:05 Asia/Baku
  • Qüds günü yürüşü aprelin 14-də keçiriləcək

«Fələstin, İslam Dünyasının birlik mehvəri; Qüds azadlıq ərəfəsində!», builki Ümumdünya Qüds gününün əsas şüarı seçilib.

Bunu, Ümumdünya Qüds günü və İntifazə qərargahının rəisi deyib.

Briqada generalı pasdar Ramazan Şərif bu gün Ümumdünya Qüds günü Mərkəzi Qərargahının ikinci koordinasiya iclasının kənarında iştirak etdiyi mətbuat konfransında builki Ümumdünya Qüds günü yürüşünün cümə günü- aprelin 14-də keçiriləcəyini bildirib.

O, əlavə edib: Bu il Ümumdünya Qüds gününün Qədr gecələrinə təsadüf etməsi, İslam Dünyasına ikiqat xeyir-bərəkət gətirəcək.

Ümumdünya Qüds günü və İntifazə qərargahı rəisinin dediyinə gprə, Qüds günü yürüşlərinin hamısının başlanğıc nöqtəsi məscid və hüseyniyyələr, məqsəd nöqtəsi isə, cümə namazı məkanları olacaqdır.

 

Teqlər