May 02, 2023 15:50 Asia/Baku
  • 86 günlük aclıq aksiyasından sonra məhbus Xizr Adnan şəhadətə çatdı

Sionist rejimin Həbsxanalar Təşkilatı 86 gün davamlı şəkildə aclıq aksiyasından sonra məhbus Xizr Adnanın şəhadətini elan edib.

 Sionist qəzeti “Yediot Ahronot” həbsxana rəsmilərinin Adnanın məhbusunun mini kamerada huşdan getdiyini gördükdə dərhal onu Asav Herviyyə həbsxanasına köçürdüyünü və nəhayət, onun şəhid olması xəbərinin açıqlandığını iddia edib.

Qeyd edək ki, İslami Cihad hərəkatı və digər Fələstin müqavimət qrupları bu fələstinli məhbusun şəhadət ehtimalı ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdilər.

Xatırladaq ki, Əsir Adnan 86 gün əvvəl özbaşına həbsinə etiraz olaraq aclıq aksiyası keçirirdi və vəziyyətinin ağır olmasına baxmayaraq, sionist məhkəməsi onu azad etməkdən imtina edib.

 İslami Cihadın mətbuat katibi Tariq İzzəddin dünən xəbərdarlıq etmişdi ki, Əsir Adnanın şəhadəti baş verərsə bütün olanların məsuliyyəti sionist hökuməti daşıyacaq.

 Yeri gəlmişkən bu fələstinli məhbus, İordan çayının qərb sahilində İslami Cihadın liderlərindən biri idi.

Teqlər