Fələstin İslami Cihad Hərəkatı şəhid Əl-Həsəninin terror edilməsinə reaksiya verib
Fələstin İslami Cihad Hərəkatının sözçüsü Tariq Əl-Sələmi “Səraya-əl-Qüds” hərbi şurasının üzvü və öz əməliyyat bölməsinin komandiri İyad Əl-Əbd Əl-Həsəninin şəhadətinə reaksiya verib.
SəhərAzəri-nin məlumatına görə, bu hərəkatın yolu İyad Əl-Həsəninin şəhadəti ilə əsla dəyişməyəcək- deyən Əl-Sələmi sionist rejimi təhdid edibdir ki, “Səraya-əl-Qüds”, “komandir Əl-Həsəni”nin terroruna cavab olaraq, qəfil addımlar atacaq.
Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonları Əbu-Ənəs ləqəbli İyad Əl-Əbd Əl-Həsəninin şəhadətini təsdiq edib.
Əbu-Ənəs sionist düşmənin dünən gecə Qəzzədəki bir yaşayış binasına qarşı cinayətkarcasına hücumunda şəhid olub.
Sionist rejim ordusu bildiribdir ki, Qəzzənin qərbində ŞABAK xəfiyyə qüvvələrilə birgə keçirdiyi əməliyyatda İyad Əl-Həsənini terror edib.
Qüds batalyonlarının baş komandir əvəzi Əl-Həsəni ötən çərşənbə axşamı günü sionist qırıcıların hücumunda bu batalyonların digər iki komandiri ilə yanaşı şəhid edilib.