May 26, 2023 17:40 Asia/Baku
  • Sionist rejim tənəzzülə və korroziyaya doğru gedir

İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı «Müqavimət və dayanıqlıq» günü münasibətilə keçirilən konfransda bildirib ki: İcbar edilmiş müharibə dövründə tətbiq edilən Dizful modeli bu şəhərlə məhdudlaşmadı və bir meyara çevrildi.

SəhərAzəri-nin məlumatına əsasən, Dörd xordad- Dizful əhalisinin müqavimət gününün qeyd olunması mərasimi dünən Tehranda yerləşən İslam İnqilabı və Müqəddəs Müdafiə üzrə milli muzeydə təşkil olunub. Mərasim/ İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı- briqada generalı pasdar İsmayıl Qaaninin iştirakı ilə keçirilib.

General Qaani mərasimdə deyib: Müqavimət cəbhəsinin qüdrəti və uğuru heç bir dövrdə indiki kimi artmamış və heç bir dövrdə sionist rejim bugünkü kimi zəlil və xar olmamışdı.İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı əlavə edib: Sionist rejim bu gün ciddi surətdə tənəzzülə və korroziyaya doğru yuvarlanır. Bu günlər qərb sahilində fələstinlilər tərəfindən otuza yaxın əməliyyat keçirilir və bu, İran xalqının müqavimətində köklərə malikdir.

Teqlər