Sen 26, 2023 17:31 Asia/Baku
  • HƏMAS sionistlərin PUA hücumuna reaksiya verdi

Həmas hərəkatının sözçüsü Hazem Qasim sionist rejimin Qəzzada müqavimət mövqelərinə PUA hücumuna cavab olaraq deyib ki, bu hücumlar işğalçı rejimə qarşı mübarizəmizi dayandırmayacaq.

Verilmiş məlumata görə, Qasim sözünə əlavə edərək deyib ki, Fələstin xalqı və bu yold yaradılmış müqaviməti cəbhəsi sionist rejimin Məscidül-Əqsa və onun yəhudiləşdirilməsi məqsədi ilə işğalçı siyasətlərinə qarşı təbii haqq olaraq bütün sahələrdə və döyüş cəbhələrində bütün tərəflərlə öz qatı mübarizəsini dəstəkləyəcəkdir.

Qeyd edək ki, bazar ertəsi işğalçı rejim hava hücumu ilə Qəzzanın şərqindəki müqavimət mövqelərini növbəti dəfə hədəfə alıb.

Sionist xəbər mənbələri bu hava hücumunda Qəzzanın şərqindəki müqavimət nəzarət qülləsinin hədəf alındığını bildirib.

Artıq dördüncü gündür ki, sionist rejim yandırıcı şarlar göndərmək bəhanəsi ilə pilotsuz təyyarələrlə bu ərazilərə hücum edir.

 

Teqlər