Hizbullah Livanın cənubundan sionist rejimin hərbi mövqelərini hədəfə alıb
https://azeri.sahartv.ir/news/fələstin-i404292-hizbullah_livanın_cənubundan_sionist_rejimin_hərbi_mövqelərini_hədəfə_alıb
Livan Hizbullahı bildirib ki, Şəhid İmad Muğniyə bölməsinin qüvvələri sionist rejimin Şəba tarlalarındakı üç mövqeyini hədəfə alıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 08, 2023 11:54 Asia/Baku
  • Hizbullah Livanın cənubundan sionist rejimin hərbi mövqelərini hədəfə alıb

Livan Hizbullahı bildirib ki, Şəhid İmad Muğniyə bölməsinin qüvvələri sionist rejimin Şəba tarlalarındakı üç mövqeyini hədəfə alıb.

Livan Hizbullahı İsrailin üç mövqeyinə onlarla raket və mərmi atdığını bildirib.

Sionist rejimin "kanal 14" televiziya kanalı bildirib ki, Hizbullah hücumundan sonra işğal olunmuş ərazilərin şimalındakı hərbi komandanlıq Livan sərhədi yaxınlığındakı bütün əyləncə mərkəzlərinin bağlanması barədə göstəriş verib.

Digər tərəfdən sionist rejim ordusu Livanın cənub bölgəsini artilleriyadan atəşə tutduğunu bildirib.

Bu gərginlik Fələstin Müqavimət Hərəkatı HƏMAS-ın "Fələstin xalqına qarşı artan cinayətlərinə və Əl-Əqsa məscidi də daxil olmaqla dini müqəddəslərin təhqir olunmasına cavab olaraq, sionist rejimə qarşı qurudan, havadan və dənizdən misli görünməmiş hücumundan bir gün sonra baş verir.