«Tufan Əl-Əqsa» əməliyyatında sionistlərin tələfatı 1100 nəfərə çatıb
Bir sionist media bildiribdir ki, «Tufan Əl-Əqsa» əməliyyatında sionistlərin ölülərinin sayı min yüz nəfərə çatıb.
İbridilli «Məariv» qəzeti həmçinin qeyd edibdir ki, sionist rejimin müqavimətin hücumlarındakı yaralılarının sayı «Tufan Əl-Əqsa» döyüşlərinin başlanmasından bəri iki min yeddi yüz qırx bir nəfərə yüksəlibdir.
Bundan öncə sionist medialar xəbər vermişdilər ki, şənbə günü başlanan «Tufan Əl-Əqsa» əməliyyatında indiyə kimi min sionist ölüb, iki min üç yüz səksən iki nəfər isə yaralanıbdır.
Digər tərəfdən, «Tayms İsrail» qəzeti də yazıbdır ki, Qəzzə zolağında azı yüz sionist əsir alınıb. Belə bir halda, media məlumatlarında sionist əsirlərin sayı yüz yetmiş nəfər qeyd olunur.
Fələstin müqaviməti şənbə günü səhərdən Qəzzənin cənubundan sionist rejimin işğal olunmuş ərazilərdəki mövqelərinə qarşı «Tufan Əl-Əqsa» adlı geniş və hərtərəfli əməliyyata başlayıb. Bu əməliyyat qəsbkar rejimin yetmiş beş illik ömründə görünməmiş bir əməliyyat olaraq, sionistləri şoka salıbdır.
Fələstin müqavimətinin işğal olunmuş ərazilərdəki qəfil və geniş əməliyyatı dörd gündür davam edir.