HƏMAS “Mavi Mərmərə” şəhidlərinin intiqamını aldı
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam briqadasının sionist rejim tərəfindən işğal olunmuş Fələstin ərazilərinə hücumunda “Mavi Mərmərə” gəmisi şəhidlərinin intiqamı alınmışdır.
Türkiyə mediası xəbər verir ki, HƏMAS-ın hücumunda ölən sionist hərbçilər arasında
polkovnik-leytenant Eli Ginsburq da olub. Adıçəkilən yüksək rütbəli hərbçi 2010-cu ildə Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücuma rəhbərlik edibmiş.
Qeyd edək ki, 2010-cu ilin may ayında Qəzzaya humanitar yardım aparan Türkiyəyə məxsus “Mavi Mərmərə” gəmisi beynəlxalq sularda İsrail hərbçilərinin qəddar hücumuna məruz qalmışdı. Vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, eləcə də könüllülərin olduğu gəmiyə hücum zamanı 10 türkiyəli həlak olmuşdu.
Xatırladaq ki, indiyədək HƏMAS-ın son hücumlarında 73 cinayətkar sionist hərbçinin öldürüldüyü təsbit edilib.