Qəzzədə sionist hərbçilərin tələfatının sayı artıb
Sionist rejim ordusu bildiribdir ki, Qəzzə zolağında quru döyüşlərinin başlandığı oktyabrın iyirmi yeddisindən bəri işğalçıların tələfatının sayı qırx yeddiyə çatıb.
Sionist «Yediot Aharonot» qəzeti bir məlumatda qeyd edibdir ki, sionist rejim ordusunun Qəzzə zolağının şimalında quru əməliyyatının başlandığı zamandan bəri iki yüz əllidən çox sionist də yaralanıbdır.
Həmas-la müharibənin başlandığı gündən bəri Qəzzə, Lİvan, Suriya və Yəməndən qəsb olunmuş ərazilərə tərəf on minə yaxın raket atılıb və onlarla pilotsuz buraxılıbdır- deyə, sionist qəzetin məlumatında bildirilir.
Məlumatda habelə deyilir ki, İsrail rejimi ordusu Qəzzədəki quru əməliyyatını genişləndirəcəyi və davam etdirəcəyi təqdirdə, daha dörd yüzə yaxın hərbçisini itirəcək.
Həmas-ın siyasi bürosunun sədri İsmayıl Həniyyə vurğulayıbdır ki, Əlqəssam qüvvələrinin döyüş məlumat və müşahidələrinə əsasən, işğalçıların sıralarındakı tələfatın sayı Təl-Əvivin elan etdiyindən qat-qat çoxdur və real statistika hamını şoka salacaq.