Noy 16, 2023 18:20 Asia/Baku
  • BMT Təhlükəsizlik Şurası Qəzzədə dərhal atəşkəs elan edilməsi haqda qətnamə qəbul edib

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərin və etdiyi hücumlarının dərhal dayandırılması və bu zolaqda dərhal atəşkəsin bağlanılması üçün Malta tərəfindən təqdim edilmiş qətnaməni təsdiqləyib.

Məlumata görə, Malta respublikasının sionist rejimin Qəzzə zolağında apardığı təcavüzkar əməliyyatların dərhal dayandırılması və eyni zamanda bu zolaqda dərhal atəşkəsin yaradılması ilə bağl təqdim etdiyi qətnamə cümə axşamı səhəri BMT TŞ-da 12 müsbət səs və 3 bitərəf (ABŞ, İngiltərə və Rusiya) səs ilə təsdiq edilib.Qeyd edək ki, qəbul edilmiş bu qətnamədə Qəzzə zolağında sivil vətəndaşlara yardımın göstərilməsi və bu zolaqda təhlükəsiz keçidlərin yaradılmasının lazımlığı vurğulanıb.Xatırladaq ki, bundan öncə ABŞ və sionist terrorçu rejiminin müttəfiqləri Qəzzə zolağında törədilən cinayətlərin və edilmiş hücumların dərhal dayandırılması və bu zolaqda atəşkəsin dərhal dayandırılmasını tələb edən üç qətnaməyə veto qoyublar.