Mart 12, 2024 14:36 Asia/Baku
  • İraq Müqavimət Cəbhəsi Təl-Əvivin Ben Qurion hava limanın hədəfə alıb

İraq İslam Müqavimət Cəbhəsi çərşənbə axşamı bəyanat yayaraq Təl-Əvivin Ben-Qurion hava limanına PUA zərbələri ilə hədəfə alıb.

İraq İslam Müqavimət Cəbhəsi bəyanatda elan edib:

“İşğalçılığa qarşı müqavimət, Qəzzə əhalisinə dəstək və işğalçı İsrail rejiminin həyata keçirdiyi qətllərə cavab olaraq aparılan əməliyyatların ikinci mərhələsi çərçivəsində çərşənbə axşamı “Ben-Qurion” hava limanı PUA-larla hədəfə alınıb.

Qeyd edək ki, İraq İslam Müqavimət cəbhəsi ötən cümə axşamı Əl-Cəlilə bölgəsində yerləşən “Rəş Pina” hava limanında yerləşən sionist rejimin hərbi bazasını hədəfə aldığını elan etmişdi.

Bu hərəkat Fələstin müqavimətinə dəstək göstəməklə yanaşı və ABŞ-ın Qəzzədə sionist rejimin cinayətlərinə hərtərəfli himayəsini verdiyi müxtəlif bəyanatlarında pisləyərək, ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarını, eləcə də işğal olunmuş ərazilərdəki hədəfləri dəfələrlə PUA və raket hücumları ilə hədəfə alıb.

Digər tərəfdən, Yəmən silahlı qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri çərşənbə axşamı ölkə ordusunun Qırmızı dənizdə Amerika gəmisini hədəf aldığını bildirib.

General Səri çıxışında deyib: “Pinokyo adlı bu gəmi bir neçə raketlə hədəfə alınıb.”

O daha sonra vurğulayıb ki, Qəzzəyə hücumlar davam etdiyi və bu ankılavın blokadası davam etdikcə biz gəmilərin sionist limanlarına getməsinə mane törətməyə davam edəcəyik.

 

Xatırladaq ki, Yəmən ordusu keçən həftə Qırmızı dənizdə iki Amerika esminesini də müxtəlif silahlarla hədəfə almışdı.

 

 

Teqlər