Sionist rejimin Eylat limanı iflic oldu
Davam edən Qəzzə müharibəsi ilə əlaqədar işğal olunmuş ərazilərdə dərinləşən iqtisadi və sosial böhranla əlaqədar xunta sionist rejimin fəhlə ittifaqı, Yəmənin Qırmızı dənizdəki əmliyyatları nəticəsində, Eylat limanına gedən ticarət gəmilərinin dayanması səbəbindən liman işçilərinin 50%-dən çoxunun işdən çıxarılması nəzərdə tutulduğunu bildirib.
Qırmızı dənizin ucqar şimal nöqtəsində yerləşən Eylat limanı, xunta sionist ordusunun Qəzzəyə etdiyi hücumlara qarşılıq olaraq Yəmənin apardığı əməliyyatlarına məruz qalan ilk limanlardan biridir.
Belə ki, gəmiçilik şirkətləri Ənsarullahın apardığı əməliyyatlardan yan keçmək üçün gəmilərin bu limana istiqamətini dəyişirlər.
Yəmənin Qəzzəyə dəstək məqsədilə işğal olunmuş ərazilərə gedən gəmilərə qarşı keçirdiyi əməliyyatlar nəticəsində Eylat limanı 4 aydır ki, tamamilə bağlanıb.
Sionist Fəhlə İttifaqı bununla bağlı elan edib ki, Qırmızı dənizin gəmiçilik xətlərindəki böhranla əlaqədar Eylat limanına ciddi maddi ziyan dəydikdən sonra limandakı işçilərin yarısı işini itirmək riski ilə üzləşib.
Yüz minlərlə işçinin işlədiyi Sionist Əmək İttifaqının elanına görə, Eylat limanının rəhbərliyi 120 əməkdaşının yarısını ixtisar etməyi planlaşdırır.
Qeyd olunur ki, bu xəbərdarlıqdan sonra liman işçiləri etiraz aksiyası keçirəcəklər