Apr 11, 2024 16:15 Asia/Baku
  • HƏMAS lideri Həniənin daha üç oğlu şəhid oldu

Əl-Cəzirə telekanalının məlumatına görə, HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniənin üç oğlu İsrailin Qəzzəyə hücumu zamanı şəhid olub.

Məlumatda İsrail rejim qüvvələrinin Əş-Şati köçkün düşərgəsinin sakinləri ilə bayramlaşmağa gedən HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniənin ailə üzvlərinin çoxunun olduğu avtomobili hədəf alıb.
Hücum zamanı maşında olan hər kəsin yaralandığı və ya həyatını itirdiyi bildirilib.

 İsmayıl Həniə bu qanlı terror haqda deyib:

"Bütün xalqımız ağır bədəl ödəyib, əzizləri şəhid olub və mən də onlardan biriyəm.

 Ailəmin 60-a yaxın üzvü bütün Fələstin xalqı kimi şəhid olub və onların arasında heç bir fərq yoxdur.

 İşğalçılar güman edirlər ki, müqavimət liderlərinin övladlarını hədəfə almaqla xalqımızın iradəsini sındıra biləcəklər.

 Biz işğalçılara deyirik ki, bu qanlar bizim öz prinsiplərimizə, torpağımıza bağlılıqda daha da gücləndirir”- Hərakat lideri əlavə edib.

 

Qeyd edək ki, bu şəhadət münasibəti ilə, İran və Türkiyə prezidentləri, Ali Məqamlı Rəhbərin müşaviri Əli Əkbər Vilayəti, SEPAH-ın baş komandiri, İranın Ordu Qərargah komandanı və bir çox hərbi və siyasi rəsmilər başsağlığı vermişlər. Bundan əlavə HƏMAS hərkatı, Ənsarulah və bir çox müqavimət dəstələri bu ağrılı münasibətlə HƏMAS liderinə başsağlığı verib.  

 

 

 

Teqlər