Apr 13, 2024 14:00 Asia/Baku
  • Səraya Əl-Qüds sionistsakinli qəsəbələrə qarşı raket hücumu keçirib

Fələstin İslami Cihad Hərəkatının hərbi qolu olan Qüds batalyonları- Səraya Əl-Qüds dünən gecə sionist rejim ordusunun bir neçə mövqeyini hədəfə aldığını bildirib.

Bu Fələstin müqavimət qrupu qeyd edibdir ki, Qəzzədə Fələstin xalqına qarşı cinayətlərin davam etməsinə cavab olaraq, «Ömər Əl-Qasim» qüvvələrilə birgə əməliyyatda Sedirot qəsəbəsini və Qəzzə ətrafında yerləşən bir neçə digər qəsəbəni raket hücumları hədəfinə çevirib.

Sionist medialar xəbər veriblər ki, Qəzzə zolağından Sedirot qəsəbəsinə tərəf azı səkkiz raket atılıb. «İsrail Tayms» qəzeti də iddia edibdir ki, «dəmir qübbə» tərəfindən raketlərdən bəzilərinin izinə düşülübdür.

Səraya Əl-Qüds dünən də bir bəyanatda bildirmişdi ki, mina meydanında sionist rejim tanklarından bir karvanı problemlə üzləşdirib.

Bu bəyanata görə, Səraya Əl-Qüds döyüşçüləri Əlnusəyrat düşərgəsinin şimalındakı «Malik» hərbi bazasında bir mina meydanı yaratmaqla sionist rejimin «Merkava» tipindən olan üç tankı və iki buldozerini məhv ediblər.

Səraya Əl-Qüds bildiribdir ki, bu hərbi karvana üzv olan bütün hərbçilər ölüb və ya yaralanıb və işğalçılar öz ölü və yaralılarını bir neçə helikopterlə geriyə köçürüblər.

Fələstin İslami Cihad Hərəkatının hərbi qolu digər bir bəyanatda bu hərəkatın döyüşçülərinin Xan Yunus-da sionist rejimin bir kvadokopterini məhv etmək üzrə uğurlarından xəbər verib və onun filmini yayıbdır.

 

Teqlər