Livan Hizbullahı qəsb olunmuş ərazilərin şimalına raket hücumu keçirib
Livan Hizbullahı bir bəyanatda bildiribdir ki, bu qrupun qüvvələri düşmən təcavüzlərinə cavab olaraq, İsrail rejiminin «Əlzaurə» bölgəsində yerləşən artilleriya bölməsini onlarla «Katyuşa» raketilə hədəfə alıb.
Sionist rejim mediaları da Livanın cənubundan işğal olunmuş Fələstinin şimalında yerləşən «Əsbə Əlcəlil» bölgəsinə tərəf əllidən çox «Katyuşa» raketinin atıldığını bildiriblər.
Sionist medialar həmçinin xəbər veriblər ki, pilotsuzların hücumları qorxusundan işğal olunmuş ərazilərin şimal bölgələrində ardıcıl surətdə həyəcan siqnalı səsləndirilib.
Əlməyadin telekanalı da Livan Hizbullahına istinadla xəbər veribdir ki, bu hücum/ sionist rejimin Livan ərazisinə qarşı ardıcıl təcavüzlərinə, xüsusən həmin ölkənin cənubunda yerləşən Əttəybə və Əyta-Əşşəəb kəndlərinə qarşı son hücumuna cavab olaraq, həyata keçirilib.