Qədr gecəsi; Min aydan fəzilətli gecə
Bu gecə mübarək Ramazan ayının 19-cu gecəsi, Qədr gecələrindən birincisidir. Dünya müsəlmanları ilə yanaşı İranda da insanlar məscidlər və digər müqəddəs məkanlara gedərək, min aydan fəzilətli olan Qədr gecəsini dua və ibadət etməklə keçirməyə çalışır.
Quran kərimdə min aydan daha fəzilətli gecə adlandırılan Qədr gecəsinin Ramazan ayının 19, 21 və 23-cü gecələrinə təsadüf etdiyi deyilir.
Qədr gecəsi Quran Kərimin nazil olduğu gecədir və bu gecə mələklər göylərdən yerə enir. İnsanın bir illik taleyi də məhz Qədr gecəsində müəyyən olunur.
Min aydan daha fəzilətli olan Qədr gecəsində edilən dua və ibadətin də fəziləti sonsuzdur. Buna görə də müsəlmanlar Qədr gecələrini oyaq qalaraq, səhərə kimi ibadətlə məşğul olurlar.
Ramazan ayının 19-cu günü eyni zamanda şiələrin birinci imamı Həzrət Əlinin(ə) şəhadətinə səbəb olan hadisənin baş verdiyi gündür.
Belə ki, Ramazan ayının 19-cu günün Həzrət Əli(ə) namaz qılmaq üçün getdiyi məsciddə "Xəvaric"dən olan İbni Mülcəm tərəfindən qılınc zərbəsi ilə ağır yaralanır. İmam Əli(ə) namaz qılarkən boyun nahiyəsindən aldığı zəhərli qılınc zərbəsi nəticəsində, iki gün sonra, Ramazan ayının 21-də şəhid olur.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı Qədr geəsində bütün müsəlmanların arzu və dualarının qəbul olmasını diləyir.