İyun 03, 2020 00:42 Asia/Baku
  • Bu gün, İmam Xomeyninin(r.ə) vəfatının ildönümü günüdür

Bu gün, 1399-cü günəş ili, xordad ayının 14-ü, 2020-ci milad ili iyunun 3-ü, İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in vəfatının 31-cı ildönümü günüdür.

SaharAzeri xəbər verir: 31 il bundan öncə belə bir gündə İran İslam İnqialbının Dahi Rəhbəri İmam Ruhullah Musəvi Xomeyni(r.ə.) 87 il yorulmaz və çox fəal bir həyatdan sonra gözlərini dünyaya yumdu və Haqq-Taalanın görüşünə tələsdi.

İmam Xomeyni(r.ə) öz mübarizələrinə 1342-ci hicri şəmsi ilindən müstəbid şahlıq rejimi və Amerikanın İrandakı müdaxilələri ilə mübarizə ilə başladı və nəhəyət şah rejimi tərəfindən Türkiyəyə, sonra da İraqa sürgün edildi.

İmam Xomeyni(r.ə) İraqda sürgündə olduğu on üç il ərzində çoxlu şagird yetişdirməkdən əlavə, şahlıq rejiminin pozğun mahiyyəti və Amerikanın İrandakı qanunsuz tamahkarlıqlarını ifşa etdi və aydınlaşdırıcı bildirişlər yayaraq, İslam İnqilabının zəfər çalmasına şərait yaratdı.

Nəhayət, mübarizənin yüksəlişi və İmam(r.ə)-in Fransaya hicrət etməsi, sonradan isə İrana əzəmətli qayıdışı İslam İnqilabının 1357-ci günəş ilində zəfər çalması ilə nəticələndi.

İslam İnqilabının qələbəsindən sonra fövqəlqüdrətlər, inqilabın daxili və xarici düşmənlərinin fitnələrinə, o cümlədən İraqın BƏS rejiminin İrana qarşı müharibəsinə rəğmən, İmam Xomeyni(r.ə) o dövrün sərt şəraitində İran xalqına mətanət və şücaətlə rəhbərlik etdi.

Bu münasibətlə islam inqilabının böyük rəhbəri bu gün İmam Xomeyninin(r.ə) dünyasını dəyişməsinin 31-ci ildönümü günündə medialar vasitəsi ilə canlı çıxış edəcəklər. 

İslam inqilabının böyük rəhbərinin çıxışı iyunun 3-də saat 11:00-da KHAMENEI.IR İnstaqram və Tvitter eləcə də İran İslam Respublikası Teleradio Təşkilatının müxtəlif telekanalları vasitəsi ilə canlı yayımlanacaq. 

Hər il islam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin İmam Xomeyninin(r.ə) pak məqbərəsində çıxışı ilə keçirilən İran İslam Respublikasının banisinin vəfatının ildönümü mərasimi bu il koronavirus pandemiyası ilə mübarizə üzrə milli qərargahın toplantıların qadağan olunmasına dair səhiyyə protokollarını nəzərə alaraq keçirilməyəcək. 

Teqlər

Şərhlər