Noy 26, 2017 19:23 Asia/Baku
  • Sabah şiələrin 11-ci imamının şəhadətinin ildönümü günüdür
    Sabah şiələrin 11-ci imamının şəhadətinin ildönümü günüdür

Sabah bazar ertəsi rəbiül-əvvəlin 8-i imamət və vilayət səmasının 11-ci ulduzu həzrət imam Həsən Əsgərinin (ə) şəhadətinin ildönümü gününə təsadüf edir.

`1176 il öncə, hicrətin 260-cı ilində, rəbiül-əvvəl ayının 8-də İslam Peyğəmbərinin(s.ə.s) nəvələrindən olan İmam Həsən Əsgəri(ə) İraqın Samira şəhərində şəhid edilir.

İmam Həsən Əsgəri(ə) 232-ci hicri qəməri ilində Mədinə şəhərində dünyaya göz açmışdı.

Əziz atası İmam Hadi(ə) ən yaxşı insani fəzilətlərə və kamala malik idi. Anası da xeyirxah bir insan və fəzilət sahibi idi.

İmam Həsən Əsgəri(ə) atası şəhid edildikdən sonra, imamət kimi mühüm bir vəzifəni öhdəsinə götürmüş olur.

İran İslam Respublikası Radio və Televiziya Təşkilatı adından İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü münasibətilə Əhl Beyt(ə) aşiqlərinə başsağlığı veririk.

 

 

 

 

Teqlər