Fev 01, 2018 12:42 Asia/Baku
  • İslam İnqilabı; beynəlxalq və regional miqyasda böyük dəyişiklik mənşəyi
    İslam İnqilabı; beynəlxalq və regional miqyasda böyük dəyişiklik mənşəyi

20-ci əsrin axırlarında baş verən İslam İnqilabı geniş daxili və xarici cəhətlərə malik olaraq beynəlxalq və regional sahələrdə böyük dəyişikliklərə yol açdı. İslam İnqilabının qələbəsinin 40-cı ildönümü münasibəti ilə bu inqilabın ən əsas hadisələrini nəzərdən keçiririk.

12 bəhmən; İmam Xomeyninin(r.ə) İrana qayıdışı(fəcr ongünlüyünün başlanması)

Fransanın Nofelloşato kəndində sürgün həyatı yaşayan İmam Xomeyni(r.ə) islam inqilabı hərəkatına rəhbərlik edirdi. O həzrət İrana daxil olmasını şahın ölkəni tərk etməsi ilə şərtləndirmişdi. Şahın 1357-ci il 26 deydə İrandan qaçmasından sonra İmam vətənə qayıtmaq qərarına gəldi. 

Xalq qiyamının geniş yayılması və şahın ölkəni tərk etməsi ilə şahlıq rejiminin sonuncu baş naziri Şapur Bəxtiyar İmam Xomeynini(r.ə) daşıyan təyyarənin partladılması, yaxud onun istiqamətinin dəyişdirilməsi və sonra imamın həbs edilməsi kimi planlar üzərində işləsələr də sonda bunların heç biri reallaşmadı və nəhayət İran hava limanlarının imamı daşıyan təyyarəyə bağlanması əmri verildi.

Hava limanlarının bağlanması və Bəxtiyar hökumətinin imamın ölkəyə girişinə qadağa qoymasına dair məlumat yayıldıqda xalq geniş etiraz yürüşləri təşkil edərək bu qərara etiraz etdilər. 

Ordunun üçlük qüvvələri Tehran, İsfahan, Kirmanşah, Dezful, Həmədan və Buşehrdə tətil elan etdilər və etirazçılara qatıldılar. 

İmam Xomeynini(r.ə) qarşılamaq üçün ölkənin müxtəlif bölgələrindən Tehrana gəlmiş mübariz ruhanilər Universitet məscidində toplaşaraq İmamın qayıtmasınadək oturaq aksiya elan etdilər. Xalq kütlələri və universitet tələbələri də aksiyaçılara qatıldılar. Tehranın bir çox rayonlarında polis qüvvələri ilə etirazçılar arasında şiddətli toqquşmalar baş verdi, şəhərin hər bir yerində atışma səsləri eşidilirdi. 

FransPress bildirdi ki, Tehran şəhərinin meydanlarından biri müharibə meydanını xatırladır və paytaxtda ölənlərin sayı 3 mini ötüb keçib. İttilaat qəzeti yazdı:"Tehranın qərb və cənub qərb əraziləri alov içində idi".

Hava limanlarının bağlanması və xalqın buna qarşı qanlı etirazlarının ardınca Bəxtiyar hökuməti hava limanlarını açıq elan edərək öz mövqeyindən geri oturdu. 

11 bəhmən axşam çağı İmam Xomeynini(r.ə) daşıyan təyyarə Fransanın Şarl de Qoll hava limanını Tehran məqsədi ilə tərk etdi və 12 bəhməndə səhər saat 09:33-də Mehrabad aeroportuna yendi. Çoxlu sayda inqilabçı siyasilər, təlimat almış partizanlar , Ayətullah Xomeyninin ailəsi və 150 jurnalist o həzrəti bu səfərdə müşayiət edirdilər. 

1357-ci il 12 bəhmədə tarixin ən təntənəli qarşılama mərasimi qeydə alındı. Çoxlu sayda insan İmamı qarşılama mərasimində iştirak üçün Tehrana gəlmişdi. 

Xalq küçələri və imamın keçdiyi istiqaməti bəzəyərək böyük sevinc və iztirablı anlar yaşayırdı. 

09:30-da İmam Xomeyni(r.ə) əli fransalı styuardın əlində sevincdən parlayan baxışların qarşısında zahir oldu. Hamı sevin gözyaşları tökürdü, Allahü Əkbər fəryadları ucaldı. 

İmam Xomeyni(r.ə) Mehrabad hava limanında etdiyi nitqində şahlıq rejiminin sona çatdığını bildirərək belə buyurdu: Məhəmmədrzanın ölkəyə qayıtmaq cəhdləri əbəsdir və biz xalq hökuməti təşkil edəcəyik. 

İmamı qarşılama mərasimində 5 milyon insanın iştirak etdiyi deyilir, əhali imamı hava limanından Behişti-Zəhra adlı qəbiristanlığadək olan 35 km yolda müşayiət etdi. Nəzərə almaq lazımdır ki, o zaman tehran əhalisinin sayı 4 milyon nəfər təşkil edirdi. 

Həzrət imam Xomeyni(r.ə) Behişti-Zəhrada etdiyi çıxışında şəhidlərin ailələrinin qəm-kədərini bölüşərək dini dövlətin yaradılması barədə ətraflı proqramdan danışdı və şahlıq rejiminin qeyri-qanuni olduğunu bildirərək buyurdu: " Mən hökumət təyin edəcəyəm, mən siz xalqın dəstəyi ilə hökumət təyin edəcəyəm." 

Nyu-York Universitetinin o zaman fəaliyyətdə olan müəllimi Qraham Fuller islam inqilabı və onun ABŞ-dakı balansa təsiri barədə deyir: İslam inqilabı Amerika Birləşmiş Ştatlarının siyasəti üçün böyük şok idi; ABŞ qərb və digər regionlardakı bir çox ölkələr kimi, siyasi islamdan qorxur və siyasi islamın hakimiyyətə gəlməməsini tərcih edir. 

Sionist Yerosalim Post qəzeti islam inqilabı ərəfəsində belə yazdı: " Şahın süqutu nəinki Fras körfəzində coğrafi və siyasi duruma təsir edəcək hətta ümumiyyətlə qüvvələr balansına təsir buraxacaq. " 

  

 

Teqlər