İslami İranda fəzilətli Qədr gecələrindən ikincisi qeyd olunub
Mübarək Ramazan ayının 21-nə keçən gecə ikinci Qədr gecəsi və şiələrin birinci imamı Əmirəlmöminin Həzrət Əli (ə)-ın şəhadəti gecəsi mərasimləri xalqın geniş iştirakı ilə bütün İran boyu məscidlərdə və dini məkanlarda keçirilib.
İmamət və vilayət aşiqləri mübarək Ramazan ayının 21-ci gününün gecəsində və Qədr gecələrindən ikinci gecəsində bütün İran boyu məscidlər, təkyələr, hüseyniyyələr, ziyarətgahlar və digər dini məkanlarda bir araya gələrək, obaşdanadək Quran qiraət edib, Əlqous Əlqous deyib, Coşən Kəbir duasını və əzəmətli ilahi adları zümzümə ediblər.
İsmət və paklıq Əhli-Beyti(ə) mədhiyyəçiləri də möminlər ağası Əmirəlmöminin Həzrət Əli (ə)-ın vəsfində növhələr oxuyub, mərsiyələr deyiblər.
Müqəddəs Məşhəd şəhərində də dünya şiələrinin səkkizinci imamı- Samin Əlhöcəc(ə)-ın müqəddəs ziyarətgahının səhni və eyvanları özlərini yaxından və uzaqdan Rəzəvi hərəminə çatdırmış zəvvarlarla dolu idi. Onlar Qurani-Kərimi başları üzərinə qoyub, Allah-Taala ilə razu-niyaz edərək, mənəviyyatla dolu xas bir əhval-ruhiyyəni mübarək Ramazan ayının 21-ci gününün əhya mərasiminə bəxş etmişdilər.
Qum şəhərində yerləşən Həzrət Məsumə(s.ə)-nın və Şiraz şəhərində yerləşən Həzrət Əhməd ibn Musa Şahçeraq(ə)-ın pak hərəmlərində də oxşar mərasimlər keçirilib.
Mübarək ramazan ayının 19, 21 və 23-cü gecələri Qədr gecələridir və müsəlmanlar həmin gecələrdə gecə oyaq qalmaq, Qurani-Kərimi başları üzərinə qoymaq, dua etmək və Coşən Kəbir duasını oxumaqla Allah-Taala ilə raz-niyaz edirlər.
Həmçinin mübarək Ramazan ayının 19-cu günü səhər çağı Xəvaric qrupundan olan İbn Mulcəm Muradi şiələrin birinci imamı Əmirəlmöminin Həzrət Əli (ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına vurdu.
Şiələrin birinci imamı zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək Ramazan ayının 21-ci günündə şəhid oldu.
Qədr gecəsi elə bir gecədir ki, bütün il boyu bir gecə onun fəzilətinə çatmaz və onda əməl etmək min ayda əməl etməkdən daha yaxşıdır və onda ilin təqdiri müəyyən olur.
İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı mübarək Ramazan ayında bütün müsəlmanların ibadətlərinin Haqq-Taala dərgahına qəbul olunacağını diləyir, dünya şiələrinin birinci imamınının şəhadətinin ildönümü günü münasibətilə bütün müsəlmanlara və dünyanın digər azadlıqsevərlərinə başsağlığı verir.