Vəhdət həftəsi başlanır
Bu gün, rəbiuləvvəl ayının 12-si, rəvayətə görə, İslamın Əziz Peyğəmbəri- Həzrət Muhəmməd Mustəfa(s.ə.s)-in mövludunun ildönümü günüdür.
Sünni əhli rəbiuləvvəl ayının 12-ni, şiələr isə bu ayın 17-ni, Əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövludunun ildönümü günü bilirlər.
Özü İslam Dünyasında vəhdət carçılarından olmuş İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyni(r.ə.) bu məsələdən islami qrupların birliyi və yaxınlaşmaları üçün istifadə etdi və bu iki tarix arasındakı müddəti "vəhdət həftəsi" adlandırdı.
Bu həftə xüsusən fitnə və çaxnaşma ilə dolu olan indiki zamanda İslam Dünyasının həmrəyliyi və birliyi zərurətinin araşdırılması üçün münasib bir fürsətdir.
Hərçənd müxtəlif məzhəblərdən olan müsəlmanlar bəzi rəy və hökmlərdə fikir ayrılğına malikdirlər, amma onlar tək Allaha inam, səmavi kitab, peyğəmbər və vahid qiblə kimi bir çox ortaqlıqlara da malikdirlər.
Həmçinin müsəlmanlar namaz, oruc, zəkat və sair kimi mühüm ibadətlərin yerinə yetirilməsində də fikir birliyinə malikdirlər.
İran İslam Respublikasının TeleRadio Təşkilatı Əziz İslam Peyğəmbəri(s.ə.s)-in mövludu ilə bəzənmiş mübarək vəhdət həftəsinin başlanğıcında bu səadətli münasibətlə bütün dünya müsəlmanlarını təbrik edir.