May 12, 2020 22:24 Asia/Baku
  • Ramazanın 19-na keçən gecə ilk qədr gecəsidir

Bu gecə Ramazan ayının 18-dən 19-na keçən gecə ilk qədr gecəsidir və İran xalqı məscidlər və müqəddəs məkanlarda bu gecənin mərasimlərində iştirak edir.

Mübarək Ramazan ayının 19, 21 və 23-cü günlərinə keçən gecələr qədr gecələridir və müsəlmanlar bu gecələri oyaq qalaraq, Cövşəni-kəbir duası oxuyur və Allahla razu-niyaz edir. 

Qədr gecəsi il boyu bütün gecələrdən daha fəzilətli olan gecədir və ondakı əməl min ayın əməlindən üstündür, il boyu müqəddərat bu gecədə müəyyənləşir. 

İslami İranın mömin xalqı bu il koronavirus pandemiyasına qarşı tədbirləri nəzərə alaraq səhiyyə protokolları və sosiyal məsafə qaydalarını riayət etməklə məscidlər və müqəddəs məkanlarda qədr gecəsinin mərasimlərini yerinə yetirir. 

Ramazan ayının 19-u həmçinin şiələrin birinci imamı Həzrət Əmirəl-möminin Əlinin(ə) xəvaricdən olan İbn Mülcəm Əl-Muradi tərəfindən süb namazı qılarkən zərbət aldığı günə təsadüf edir. 

SəhərAzeri telekanalı mübarək Ramazan ayında xüsusiylə qədr gecələrində bütün dünya müsəlmanlarının dualarının Allah taala tərəfindən qəbul olunacağını diləyir. 

Teqlər