Okt 08, 2020 09:20 Asia/Baku
  • Hüseyn(ə) ərbəini münasibətilə başsağlığı veririk

Bu gün 1442-ci hicri qəməri ili səfər ayının iyirmisi, 2020-ci il oktyabrın səkkizi, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə)-ın və onun vəfalı köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının ərbəini günüdür.

SəhərAzəri xəbər verir, Müsəlmanlar və digər ilahi dinlərin davamçılarından bir qrupu ötən illərdə Həzrət İmam Hüseyn(ə)-ın şəhadətinin ərbəini gününə bir neçə gün qalmış Nəcəf şəhərindən və İraqın digər şəhərlərindən özünü o həzrətin müqəddəs Kərbəladakı pak ziyarətgahına çatdırırdı.

Lakin bu il Hüseyn(ə) ərbəininin xarici zəvvarları koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə İraqa səfər etməyiblər və ərbəin qəhrəmanlığı yürüşü yalnız iraqlı zəvvarların iştirakı ilə keçirilir.

Hüseyn(ə) ərbəini yürüşündən qalmış İran xalqı bu gün Həzrət Əba Əbdillah Əl-Hüseyn(ə)-ın və onun sədaqətli köməkçilərinin şəhadətlərinin ərbəini ilə bir zamanda bütün İranda öz mənzilində ərbəin ziyarətini qiraət edib, Kərbəladakı iralqı zəvvarlarla səs-səsə verərək, əzadarlıq edəcək.

Həmçinin bu gün səhər saat onda İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin iştirakı ilə İmam Xomeyni(r.ə.) hüseyniyyəsində əzadarlıq və ərbəin ziyarəti qiraəti mərasimi keçirilməlidir.

Koronavirusla Milli Mübarizə Qərargahının göstərişlərinə riayətlə, əhalinin iştirakı olmadan keçiriləcək bu mərasim canlı surətdə İran telekanallarından, həmçinin «İran-Press» informasiya agentliyindən yayımlanacaq.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Hüseyn(ə) ərbəininin gəlib çatması münasibətilə bütün müsəlmanlara, xüsusən şiələrə və dünyadakı digər azadlıqsevərlərə başsağlığı verir.

Teqlər