Yan 16, 2021 20:11 Asia/Baku
  • Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadəti münasibəti ilə başsağlığı veririk

Bu gün 2021-ci il yanvarın 17-i, 1442-ci hicri qəməri ili cəmadiüs-sani ayının üçü, Böyük İslam Peyğəmbərinin (s.ə.s) əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirəlmöminin Həzrət Əli ibn Əbi Talibin (ə) həyat yoldaşı Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadətinin ildönümü günüdür.

SəhərAzəri xəbər verir, İslami İranın müsəlman xalqı hər il fəzilət xanımı, iffət və ismət nümunəsi Həzrət Fatimeyi Zəhranın (s.ə) şəhadətinin gecəsində məscilər, hüseyniyyələr və dini məkanlarda toplaşaraq, əzadarlıq edirdilər, Lakin bu il koronavirusun yayılması səbəbindən əzadarlıq mərasimləri onlayn şəkildə keçiriləcək.

Həzrət Fatimeyi Zəhra (s.ə) Besətin 5-ci ilində, cəmadiüs-sani ayının 20-sində Məkkə şəhərində dünyaya göz açmışdı.

O, həzrət uşaqlıqdan atası Böyük İslam Peyğəmbərinin (s.ə.s) göstərişləri altında yüksək ilahi maarif ilə tanış olubdur.

Həzrət Fatimeyi Zəhra (s.ə) on səkkiz il ömür sürdükdən sonra o zamanın hökmranlarının çoxlu sayda zülmləri, həmçinin atası Həzrət Muhəmmədin (s.ə.s) vəfatı ilə bağlı qəm-kədər nəticəsində bir rəvayətə görə, 11-ci hicri qəməri ili cəmadiül-əvvəl ayının 13-də və ya cəmadiüs-sani ayının üçündə şəhid olubdur.

İranın Teleradio Təşkilatı olaraq, xanım Fatimeyi Zəhranın (s.ə) şəhadətinin ildönümü münasibəti ilə bütün dünya müsəlmanlarına və azadlıqsevərlərə başsağlığı veririk.

Teqlər