Mart 24, 2021 23:50 Asia/Baku
  • Həzrət Əli Əkbər(ə)-ın mövludu və Gənclər Günü mübarək!

Bugün , 1442-cı hicri qəməri ili şəban ayının 11-i, dünya şiələrinin üçüncü imamı İmam Husəyn(ə)-ın övladı Həzrət Əli Əkbər(ə)-ın mövludu gününün ildönümüdür.

SəhərAzəri Həzrət Əli Əkbər(ə) 33-cü hicri qəməri ili şəban ayının 11-də Mədinədə dünyaya gəlib. Onun möhtərəm atası dünya şiələrinin üçüncü imamı İmam Husəyn(ə), anası isə Ləyla bint Əbi Murrah olubdur.

İmam Husəyn(ə) onu xilqət və yaranışda, əxlaq və ruhi xüsusiyyətlərdə, danışıq və ictimai rəftarda Böyük İslam Peyğəmbəri(s.ə.s)-a bənzədərdi.

Həzrət Əli Əkbər(ə) 61-ci hicri qəməri ili məhərrəm ayının onunda Aşura hadisəsində möhtərəm atası və o həzrətin sadiq köməkçiləri ilə yanaşı şəhid oldu və İmam Husəyn(ə)-ın kənarında Kərbəlada dəfn edildi.

Həzrət Əli Əkbər(ə)-ın mövludu günü İran İslam Respublikası təqvimində "Gənclər Günü" adlandırılıbdır.

İran İslam Respublikasının TeleRadio Təşkilatı Həzrət Əli Əkbər(ə)-ın mövludu gününün ildönümü münasibətilə bütün dünya müsəlmanlarını, xüsusən şiələri təbrik edir.