Sabah, Ərbəin günüdür
Sabah, dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn əleyhissəlamın və onun yetmiş iki köməkçisinin hicrətin 61-ci ilinin məhərrəm ayının onunda Kərbəla çölündə şəhid edilmələrinin qırxıncı günü- Ərbəin günüdür.
SəhərAzəri-nin məlumatına əsasən, Həzrət İmam Hüseyn(ə) Məkkədən Kərbəlaya yola düşdüyü andan Kərbəlada şəhid olduğu ana kimi Kərbəla hadisəsi barədə açıq şəkildə vurğulayardı: Mənim hərəkət etməkdə məqsədim, Yezidin İslama zidd hökumətini rüsvay etmək, «əmr be məruf və nəhy əz münkər»i həyata keçirmək, zülm və zorakılıq qarşısında dayanmaqdır və Quran-Kərimi himayə etmək və əsl Məhəmməd İslamını qorumaqdan başqa məqsədim yoxdur.
Bu, Allah Talanın İmam Hüseynə(ə)-a həvalə etdiyi bir tapşırıq idi və bu tapşırığı yerinə yetirmək üçün o həzrət Aşura gününün günortaçağı öz sədaqətli köməkçiləri ilə yanaşı günorta namazını qıldıqdan sonra yezidlər tərəfindən şəhid edildi.
Ərbəin günündə İmam Hüseynin(ə) məzarını ziyarət etmək və «Ərbəin ziyarətnaməsi»ni oxumaq böyük savaba malikdir.
Ərbəin gününün gəlib çatması münasibətilə «Səhər» beynəlxalq telekanalının Azəri redaksiyası adından bütün dünya müsəlmanlarına, xüsusən şiələrə başsağlığı veririk.