Bu gün Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür
https://azeri.sahartv.ir/news/münasibət-i384812-bu_gün_həzrət_fatimeyi_zəhra(s.ə)_nın_şəhadətinin_ildönümü_günüdür
Bu gün, cəmadiüssani ayının üçü, Böyük İslam Peyğəmbəri- Həzrət Məhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirəlmöminin Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2022 13:36 Asia/Baku
  • Bu gün Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür

Bu gün, cəmadiüssani ayının üçü, Böyük İslam Peyğəmbəri- Həzrət Məhəmməd(s.ə.s)-in əziz qızı və dünya şiələrinin birinci imamı, Əmirəlmöminin Əli ibn Əbi Talib(ə)-ın həyat yoldaşı- Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günüdür.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) besətin beşinci ilində, cəmadiussani ayının iyirmisində müqəddəs Məkkə şəhərində dünyaya gəlib.

Xanım Fatimeyi-Zəhra(s.ə.) uşaqlıqdan atası, Böyük İslam Peyğəmbəri(s.ə.s)-in məsləhətləri ilə yüksək ilahi maarif ilə tanış olub.

O həzrət  Allah-Taala dərgahının/ ilahi elmlər bulağından olduqca bəhrələnmiş xüsusiyyətlərindən olubdur.

Xanım Fatimeyi-Zəhra(s.ə.) öz ətəyində İmam Həsən (ə) və İmam Hüseyn (ə) kimi böyük və tarixyaradan şəxsiyyətlər yetişdirib.

Həzrət Fatimeyi-Zəhra(s.ə.) on səkkiz il ömür sürdükdən sonra o zamanın hökmranlarının çoxlu sayda zülmləri, həmçinin atası-Həzrət Məhəmməd(s.ə.s)-in vəfatı ilə bağlı qəm-kədər nəticəsində, cəmadiüssani ayının üçündə şəhid olub.

SəhərAzəri Televiziya kanalı Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü gününün gəlib çatması münasibətilə bütün dünya müsəlmanları və azadlıqsevərlərinə başsağlığı verir.